niet und nagelfest

adj. :alles, was nicht ~ ist bərk bağlanmamış, daşına bilən
Niet
Niete
OBASTAN VİKİ
Bauer und Arbeiter
Bauer und Arbeiter (azərb. Kəndli və işçilər‎) — 1924-cü ilin iyun ayından noyabr ayına qədər Bakı şəhərində çap edilmiş alman dilində qəzet. Kommunist yönümlü olan qəzet Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəsmi mətbuat orqanı kimi fəaliyyət göstərmişdir. Qəzet həftədə bir dəfə olmaqla nəşr edilirdi. Alman jurnalist Albert Erfurt Bauer und Arbeiterqəzeti fəaliyyət göstərdiyi müddətdə baş redaktor vəzifəsini tutmuşdur. Qəzetin kollektivi əsasən Bakı şəhərində yaşayan az saylı alman icmasından təşkil edilmişdi. == Tarix == 1924-cü ilin mart ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən Azərbaycan almanları üçün nəzərdə tutulmuş alman dili qəzetin yaradılması barədə təlimat verildi. Bundan öncə Qafqaz almanları üçün nəzərdə tutulmuş Kaukasische Post adlı qəzet 1906-cı ildə Tbilisi şəhərində çap olunmuşdu. Həmin qəzetdə əsasən qafazşünas kimi tanınan alman jurnalist Artur Leist məşğul olmuşdu. Kaukasische Post təkcə Azərbaycan almanlarına yox bütünlükdə Qafqaz almanlarına xitab etməkdə idi və Bauer und Arbeiterdən fərqli hər hansısa siyasi idelogiyanı özündə daşımırdı.